“Apple” şirkəti Formula 1 haqqında film çəkəcək

 04:01 07.01.2022     10915

“Apple” şirkəti Formula 1 haqqında yeni tammetrajlı film çəkəcək.

Redaktor.az xəbər verir ki, əsas rollardan birində Hollivud aktyoru Bred Pitt çəkiləcək. Filmin çəkilişində “Mercedes”in pilotu Luis Hamiltonun da iştirak edəcəyi nəzərdə tutulub.

Filmin süjet xəttinə əsasən, Bred Pitt təqaüdə çıxmış pilot rolunu oynayacaq və gənc sürücüyə trasda uğur qazanmağı öyrədəcək. Eren Krugerin ssenarisi əsasında çəkiləcək filmin prodüseri Cerri Brukhaymerdir.

Hazırda filmin büdcəsi 130 milyon ABŞ dollarıdır. Filmin premyera tarixi hələ müəyyənləşməyib.

Vumart və Güvən reklamı Vumart Güvən