“Silahı yerə qoymayanlar məhv ediləcək”  - Qazaxıstan DİN-dən xəbərdarlıq

 21:02 06.01.2022     220

Qazaxıstan Daxili İşlər Nazirliyi onların silahı yerə qoymaq tələblərinə müqavimət göstərənlərin məhv ediləcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan”a DİN-dəki mənbə bildirib.

“Silahların yerə qoyulması ilə bağlı qanuni tələblərə silahlı müqavimət göstərildiyi halda, onlar (iğtişaşların iştirakçıları – red.) məhv edilir”, - agentliyin məlumatında ​​deyilir.

Qeyd olunur ki, Qazaxıstanın vilayətlərində polis və Milli Qvardiya dəstələrinin patrul xidməti gücləndirilib, nəzarət-buraxılış məntəqələri yaradılıb, hüquq-mühafizə orqanlarını pozan şəxslər və cinayətkarlar müəyyən edilərək saxlanılır.