Türkiyə, Azərbaycan və Gürcüstan Üçtərəfli Komitə yaradır - Ərdoğan TƏSDİQLƏDİ

 09:34 07.01.2022     525

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə hökuməti, Azərbaycan hökuməti və Gürcüstan hökuməti arasında gömrük məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında" protokolu təsdiqləyib.

Redaktor.az bu barədə “Resmi Gazete”yə istinadən məlumat verir.

Protokola görə Tərəflər arasında bütün müvafiq sahələr üzrə əməkdaşlığın inkişafı Komitə və onun işçi qrupları çərçivəsində həyata keçirilir.

Komitə Tərəflər arasında gömrük məsələləri üzrə əməkdaşlığı əlaqələndirir, təşviq və inkişaf etdirir, eləcə də əsas əməkdaşlıq sahələrini və istiqamətlərini müəyyən edir.

Xatırladaq ki, sənəd 2021-ci il oktyabrın 8-də imzalanıb.

Vumart və Güvən reklamı Vumart Güvən