Başqırdıstanda helikopter qəzaya düşdü - Ölənlər və yaralanan var/FOTO

Başqırdıstanın Blaqoveşensk rayonunda "Eurocopter AS 350" şəxsi helikopteri qəzaya uğrayıb.
Redaktor.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə yanvarın 6-da gecə saatlarında baş verib.
Şəxsi helikopter Ufa-Pavlovka kəndi marşrutu üzrə uçub. Məlumata görə, təyyarənin göyərtəsində 3 nəfər olub. Onlardan ikisi həlak olub, bir nəfər isə hazırda xəstəxanadadır.
Bildirilib ki, xilasedicilər dərhal hadisə yerinə getsələr də, hava şəraiti ilə əlaqədar onların yolu çətinləşib. Nəticədə qartəmizləyən texnikalar köməyə gəlib.
Nuranə

