Almatıda atışma gedir - ölənlər var

 10:34 07.01.2022     301

Qazaxıstanın Almatı şəhərinin mərkəzində atışma davam edir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, atışmada ölənlər var.

Məlumata əsasən, atışma Respublika meydanında baş verir. Şəhərin digər hissələrində vəziyyətin nisbətən sakit olduğu deyilir.

Bir müddət əvvəl Almatı komendantlığı silahlı şəxslərin nömrəsiz avtomobillərdə hərəkət etdiyini bildirib.

Qeyd olunur ki, bu cür avtomobillərin sahiblərinə qarşı sərt tədbirlər görüləcək.