Şimali Koreya Pekin Olimpiadasında iştirakdan imtina etdi

 10:36 07.01.2022     411

Şimali Koreya “düşmən qüvvələr” və koronavirus pandemiyası səbəbindən Pekin Qış Olimpiadasını tərk edib.

Redaktor.az xəbər verir ki,  bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinin (CTAC) məlumat yayıb.

“Biz düşmən qüvvələr və qlobal pandemiya səbəbindən Olimpiadada iştirak edə bilməyəcəyik, lakin möhtəşəm və gözəl Olimpiya Festivalına ev sahibliyi etmək üçün çinli yoldaşlarımızı hərtərəfli dəstəkləyəcəyik”, - deyə bəyanatda bildirilir.

Şimali Koreya hakimiyyəti ABŞ-ın və oyunların uğurlu açılışını pozmağa yönəlmiş “onların vassal qüvvələrinin” hərəkətlərini rədd edib. Pxenyanın fikrincə, bu hərəkətlər Olimpiya Xartiyasının ruhunu təhqir edir.

Qeyd edək ki, ötən ilin sentyabrında Beynəlxalq Olimpiya Komitəsi (BOK) KXDR-in Milli Olimpiya Komitəsinin (MOK) fəaliyyətini “nizamnaməni pozduğuna və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə” 2022-ci ilin sonunadək dayandırıb. Şimali Koreya komandası 2021-ci ilin iyul-avqust aylarında keçirilən Tokio Yay Olimpiya Oyunlarını da buraxıb.

Bundan əvvəl Cənubi Koreya lideri Mun Jae-in Pekin Olimpiadasının Koreyalararası münasibətlərin yaxşılaşdırılmasında “daha ​​bir dönüş nöqtəsi” olacağına, Şimal-Şərqi Asiyada və bütün dünyada sülhə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək Pekində keçiriləcək.

İLTİFAT