Tacikistan və Qırğız parlamentləri Qazaxıstana sülhməramlı göndərilməsinə RAZILIQ VERDİ

 11:54 07.01.2022     1099

Tacikistan parlamenti ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərkibində Qazaxıstana sülhməramlı taborun göndərilməsi haqqında qərar qəbul edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bir müddət əvvəl Tacikstanın Müdafiə Nazirliyi Qazaxıstana 200 nəfərdən ibarət sülhməramlı göndərməyə hazır olduğunu bildirmişdi.

Qırğız Respublıikasının parlamenti də Qazaxıstana sülhməramlı kontingent göndərilməsinə dair qərar qəbul edib. Qırğızıstan bu məqsədlə qonşu dövlətə 150 hərbçi göndərəcək.

Qeyd edək ki, KTMT çərçivəsində qazaxıstana 2 500 nəfərdə ibarət hərbi göndəriləcək.