Qazaxıstanda 519 ticarət obyekti və nəqliyyat vasitəsi zərər çəkib

Qazaxıstanda iğtişaşlar zamanı ticarət, ictimai iaşə, nəqliyyat sahəsində 519-a yaxın subyektə, eləcə də bankomatlara ziyan dəyib.
Redaktor.az xəbər verir ki, bu barədə Milli Sahibkarlar Palatasının bu gün yaydığı bəyanatda deyilir.
"Yanvarın 7-si saat 09:00-a olan məlumata görə, ümumilikdə 662 obyektdə (onlardan 14-ü ticarət-əyləncə mərkəzləri və ticarət evləri) yerləşən 519-a yaxın zərərçəkmiş subyekt müəyyən edilib. Maliyyə sektoru (xüsusən də bankomatlar), - deyə məlumatda bildirilir.