Qazaxıstanda saxlanılanların sayı açıqlandı

 13:55 07.01.2022     409

Qazaxıstanda etirazlar zamanı saxlanılanların sayı məlum olub.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Terrorçuluqla Mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.

Məlumata görə, indiyədək etirazlarda saxlanılanların sayı 3 706 nəfər təşkil edir.

Daha öncə dövlət başçısı Kasım-Jomart Tokayev ölkədə yüzlərlə mülki şəxs və hərbçinin yaralandığı və öldürüldüyünü bildirib.