Belarus da hərbçilərini Qazaxıstana göndərdi

 18:00 07.01.2022     305

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin tərkibinə daxil olan Belarus hərbi qulluqçuları Qazaxıstanda öz tapşırıqlarının icrasına başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Belarusun Müdafiə Nazirliyi yayıb.

Nazirlik Belarus sülhməramlı kontingentinin konkret olaraq hansı tapşırıqları icra edəcəyini açıqlamayıb. Bununla yanaşı, Qazaxıstana göndərilən Belarus hərbi qulluqçularının sayı da qeyd olunmayıb.