Türkiyə Qazaxıstana təxliyyə təyyarəsi göndərir

 19:14 07.01.2022     134

Türk Hava Yolları Qazaxıstana təxliyyə uçuşu həyata keçirəcək.

Redaktor.az xəbər verir ki, səfərin məqsədi Qazaxıstanda baş verənlərdən sonra Almatı şəhərində qalan THY komandası üzvlərinin və digər hava yolları şirkətlərində çalışan türklərin Türkiyəyə gətirilməsidir.

Təyyarənin bu gecə İstanbuldan Almatıya getməsi, sabah təxminən 75 nəfərin Türkiyəyə gətirilməsi planlaşdırılır.