İxtişaşların Qazaxıstana vurduğu maddi ziyanın məbləği açıqlandı

 20:49 07.01.2022     115

Cümə günü axşam saatlarına olan məlumata görə, Qazaxıstana iğtişaşlar nəticəsində dəymiş ziyanın məbləği təxminən 200 milyon dollar təşkil edir. 

Redaktor.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası "Atameken" Milli Sahibkarlar Palatasına istinadla xəbər yayıb.

"Yanvarın 7-də saat 21.00-a (Bakıvaxtı ilə 19.00) Qazaxıstan Respublikasının on rayonunda 848 sahibkarlıq subyekti və 1021 obyekt, o cümlədən Almatıda 789 subyekt və 950 obyekt zərər görüb", - deyə məlumatda bildirilir.

"Atameken"in məlumatına görə, dəymiş ziyanın ümumi məbləği təxminən 87,2 milyard tenge (təxminən 200 milyon dollar) təşkil edir ki, bunun da 85,8 milyardı Almatıya aiddiir.