FHN-in 10 əməkdaşı iğtişaşlar zamanı xəsarət aldı - Qazaxıstanda

 21:06 07.01.2022     409

Qazaxıstanda Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 əməkdaşı iğtişaşlar zamanı xəsarət alıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Xəbər-24” telekanalı məlumat yayıb.

Qazaxıstan FHN-in rəsmi nümayəndəsi Talqat Ualiyə bildirib ki, son günlər ərzində üsyançılar yanğınsöndürən maşınlara 33 dəfə hücum ediblər. Nəticədə 30-a yaxın yanğınsöndürmə və xilasetmə texnikası sıradan çıxıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri 75 yanğını söndürüb, 143 nəfər yanğından xilas edilib və təxliyə edilib.

Vumart və Güvən reklamı Vumart Güvən