Almatıda etirazçıların kütləvi həbsinə BAŞLANILDI

 21:40 07.01.2022     183

Qazaxıstanın ən böyük şəhəri olan Almatıda keçirilən xüsusi əməliyyat zamanı 100-dən çox aksiya iştirakçısı saxlanılıb.

Redaktor.az bu barədə "Xəbər 24" telekanalına istinadən xəbər verir.

"Polislər şəhərin müxtəlif yerlərində silah-sursat ələ keçirib", - telekanal bildirib.

Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb. Yanvarın 4-ü və 5-də Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib, polis gözyaşardıcı qaz və qumbaralardan istifadə edib. Qazaxıstanda internet kəsilib, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb. Yanvarın 19-dək bütün ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.