Çində 6,3 ballıq zəlzələ oldu

Çinin Çinxay əyalətində 6,3 bal gücündə zəlzələ baş verib.
Redaktor.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Cinçanq şəhərindən 94 km cənub-qərbdə, 40 km dərinlikdə yerləşib.
Təlafat və dağıntılar barədə hələlik məlumat yoxdur.