Avstriya kansleri koronavirusa yoluxdu

 23:45 07.01.2022     137

Avstriyanın Federal Kansleri Karl Nehammer koronavirusa yoluxub.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Kansler Aparatından təsdiqləyiblər.

Qeyd edilib ki, Karl Nehammer yanvarın 4-də məzuniyyətdən geri dönüb və yanvarın 5-də verdiyi testin cavabı mənfi olub.

Kanslerin mühafizə xidmətindəki əməkdaşlardan birinin testi yanvarın 6-da müsbət olduqdan sonra aparılan təkrar yoxlanış nəticəsində hökumət rəhbərinin də koronavirusa yoluxduğu müəyyənləşib.

Bildirilib ki, K.Nehammer hazırda ev şəraitində karantindədir və virusa qarşı üç dəfə peyvənd olunduğuna görə özünü simptomlar olmadan yaxşı hiss edir. Hökumət işlərini telefon və videokonfranslarla icra edən hökumət başçısı növbəti günlər üçün bütün görüş və ictimai tədbirləri təxirə salmalı olub.