Haitidə iki jurnalist diri-diri yandırıldı

 23:54 07.01.2022     256

Haitidə cinayətkarlar dəstəsi Porto-Prens məhəllələrindəki kriminal vəziyyəti işıqlandıran iki jurnalisti diri-diri yandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən CNN məlumat yayıb.

Məlumata görə, üçüncü jurnalist qaça bilib. Hadisənin təfərrüatı və quldurların müxbirlərə qarşı vəhşicəsinə qətliam törətməsinin səbəbləri məlum deyil.

Yerli “Radio Ecoute FM” radiostansiyasından CNN-ə bildirilib ki, qurbanlardan biri onların əməkdaşıdır.