ABŞ Ukraynaya hərbi yardımı davam etdirəcək - Ağ Ev

 09:32 08.01.2022     375

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayıb.

Redaktor.az bu barədə “NBC News” telekanalına istinadla xəbər verir.

“Bayden administrasiyası ABŞ-ın artıq rəsmi Kiyevə göndərdiyi hərbi yardımdan əlavə, Ukraynaya yeni ABŞ hərbi yardım paketi də hazırlayıb”, - deyə telekanal bildirib.

Ağ Evin sözçüsü Cen Psaki isə bildirib ki, ABŞ ölkəsinin müdafiəsini gücləndirmək üçün yaxın aylarda Ukraynaya hərbi yardımı davam etdirəcək.

Qeyd edək ki, bu il ABŞ-ın Ukraynaya 300 milyon ABŞ dollar həcmində hərbi yardım göstərəcək.