Nursultan Nazarbayev hazırda haradadır?

 13:00 08.01.2022     442

Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev hazırda paytaxt Nur-Sultandadır və Prezident Kasım-Jomart Tokayevlə daim əlaqədədir.

Redaktor.az xəbər verir ki, bu barədə N.Nazarbayevin mətbuat katibi Aydos Ukibay tviter hesabında məlumat verib.

O bildirib ki, keçmiş dövlət başçısı Qazaxıstana dost dövlətlərin liderləri ilə bir neçə dəfə telefon danışığı aparıb.

Qeyd edək ki, daha əvvəl Nursultan Nazarbayevin ailəsi ilə birlikdə ölkəni tərk etdiyi barədə məlumatlar yayılıb.

Nuranə Tofiqli