Qazaxıstanda atışmada uşaqlar güllələndi - 1 nəfər öldü

Qazaxıstanı bürüyən iğtişaşlar nəticəsində bir uşaq öldürülüb.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Uşaq Hüquqları üzrə Müvəkkili Aruzhan Sainin məlumat verib.
O bildirib ki, yanvarın 5-də Almatıda valideynləri ilə küçədə gəzən 11 yaşlı oğlan aldığı güllə yarasından dünyasını dəyişib.
Atışma zamanı daha bir azyaşlı yaralanıb. Ombudsmanın sözlərinə görə, 15 yaşlı oğlan yanvarın 7-də atası ilə maşında gedərkən onların avtomobili silahlılar tərəfindən atəşə tutulub. Nəticədə uşaq ağır yaralanıb. O, atası ilə birlikdə xəstəxanadadır.
Nuranə Tofiqli