“Taliban”ın xarici işlər naziri İrandadır

 18:48 08.01.2022     281

“Taliban”ın xarici işlər naziri Mövləvi Əmir Xan Müttaqi İranda səfərdədir.

Redaktor.az xəbər verir ki, bu barədə “Taliban” xarici işlər nazirliyinin sözçüsü Tvitter hesabında bildirib.

Qeyd edilib ki, böyük nümayəndə heyəti ilə İrana gələn Müttaqi səfəri zamanı İran rəsmiləri ilə siyasi, iqtisadi, tranzit və qaçqın məsələlərini müzakirə etməyi planlaşdırır.

Qeyd edək ki, tanınmayan “Taliban” hökumətinin xarici səfərləri davam edir.