Silahla dolu Ermənistan nömrəli maşın Qazaxıstanda saxlanıldı - VİDEO

 18:58 08.01.2022     301

Günlərdir iğtişaşların yaşandığı Qazaxıstanda silahla dolu olan Ermənistan nömrə nişanlı avtomobil saxlanılıb.

Redaktor.az xəbər verir ki, avtomobildə üç kişi və uşaqlı qadın olub.

Ural şəhərində postda saxlanılan “Toyota” markalı avtomobilin sürücüsü əvvəlcə baqajı açmağa razı olmayıb. Şəxsi baxış zamanı sərnişinlərdən birində bıçaq aşkarlanıb.

Ətraflı axtarış zamanı avtomobildən çox sayda silah-sursat, qumbara, gözyaşardıcı qaz vasitələri, onlarla mobil telefon, planşetlər, smart saatlar və s. müsadirə edilərək götürülüb.