“Qazaxıstanın yanındayıq” - Hulusi Akar

 21:59 08.01.2022     208

“İnanırıq ki, Qazaxıstandakı qardaşlarımız öz gücləri və imkanları ilə ölkənin üzləşdiyi bütün çətinliklərin öhdəsindən gələcəklər”.

Redaktor.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ankarada jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Ankara Qazaxıstanda baş verən son hadisələri diqqətlə izləyir.

“Qazaxıstan Türkiyənin mühüm müttəfiqidir və biz bu ölkədə vəziyyətin mümkün qədər tez sabitləşməsinə və asayişin təmin olunmasına ümid edirik. Əgər Qazaxıstan Ankaraya hər hansı müraciət etsə, biz bunu tam şəkildə yerinə yetirməyə hazırıq. Türkiyə Qazaxıstanın yanında olub və olacaq!"