Türkiyə ordusu şəhidlərin qisasını aldı - FOTO

Türkiyə Silahlı Qüvvələri Akçakale sərhəd xəttində PKK terrorçularının hücumu nəticəsində 3 əsgərin şəhid olduğu bölgədə antiterror əməliyyatı aparır.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hücumundan sonra PKK/YPG hədəfləri atəşə tutulub və ilkin məlumata görə 12 terrorçu zərərsizləşdirilib. Bölgədə terrorçulara qarşı əməliyyatlarının davam edildiyi bildirilir.
Müdafiə naziri Hulusi Akar sosial media hesabında həlak olanların ailələrinə başsağlığı verib.
