Britaniya gözəllik kraliçasına ABŞ vizası verilmədi

 02:30 09.01.2022     360

Britaniya gözəllik kraliçası Leen Klayvya Suriya əsilli olduğu üçün ABŞ vizası verilməyib.

Şərqi Yorkşirin Hessle bölgəsində yaşayıb, səhiyyə sistemində çalışan 29 yaşlı Klayv ailəsinə yanvarın 15-də Las-Veqasda keçiriləcək yarışmaya getmək üçün viza verildiyini, lakin Suriya doğumlu olduğu üçün ona viza verilmədiyini bildirib.

"Britaniya pasportu ilə müraciət etdim. Mən Britaniyanı təmsil edirəm və Britaniya vətəndaşıyam. Ona görə də heç vaxt düşünmədim ki, ABŞ-a girməyə icazə verilməyəcək. Vizanı həyat yoldaşıma və körpəmə veriblər, mənə yox. Fərq yalnız doğulduğum yerdir. Hələ ümidliyəm. Zamanın daraldığının fərqindəyəm, amma səfirlikdən kimsə müraciətimə baxsa, vəziyyət dəyişə bilər.", - Klayv deyib.

Viza qeydlərinin qanunla məxfi saxlanıldığını bildirən ABŞ rəsmiləri, fərdi müraciətlərə münasibət bildirə bilməyəcəklərini bildiriblər.

ABŞ administrasiyasının saytında bildirilir ki, “dövlət tərəfindən dəstəklənən terrorizmin” mövcud olduğu ölkələrin vətəndaşları viza üçün müraciət etsələr, konsulluq əməkdaşı tərəfindən yoxlanılacaq. Siyahıda sözügedən ölkələr arasında Suriya da var”.