Almaniyada 10 minlərlə insan peyvənd əleyhinə etiraz aksiyalarına çıxdı

 05:09 09.01.2022     354

Almaniyanın bir sıra şəhərlərində koronavirus məhdudiyyətləri və məcburi peyvənd əleyhinə nümayişlər keçirilib.

Redaktor.az yerli KİV-lərər istinadən xəbər verir ki, ən çox insan Hamburqda toplaşıb. Bu şəhərdə nümayişlərdə təxminən 14 min insan iştirak edib. Frankfurtda keçirilən nümayişdə 8 min, Frayburqda 6 min, Maqdeburqda 5 min, Düsseldorfda 4 min nəfər iştirak edib.

Almaniya hakimiyyəti bu il koronavirusa qarşı məcburi peyvənd tətbiq etmək niyyətindədi. Bu mövzu indi Almaniyanın daxili siyasi gündəmində ən aktual mövzulardan biridir. Ekspertlər bu addımın koronavirusa skeptik yanaşanları və peyvənd əleyhdarlarını daha da radikallaşdıracağından qorxurlar.

Hazırda ölkədəki məhdudiyyətlər əsasən peyvənd olunmamış insanlara aiddir.