KTMT dövlət başçılarının onlayn görüşünün vaxtı AÇIQLANDI

 14:58 09.01.2022     322

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderlərinin videokonfransı ilkin olaraq bazar ertəsinə planlaşdırılıb.

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. "Sabah KTMT-nin ilkin iclasının keçirilməsi planlaşdırılır", - deyə məlumatda qeyd olunur. 

Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan Vladimir Putinlə telefon danışığında bildirmişdi ki, İrəvan təşkilatın sədri kimi KTMT-nin iclasını çağırır. Bu təkliflə daha əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxış edib.