Rusiya sülhməramlıları Qazaxıstanda təlimlərə başladı

 16:52 09.01.2022     290

Rusiya sülhməramlıları fövqəladə halların qarşısını almaq üçün Almatı hava limanında zirehli texnikadan istifadə etməklə təlim keçirirlər.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

Qeyd edək ki, bazar günü səhər saatlarında nazirlik bildirib ki, Qazaxıstanda dislokasiya olunmuş Rusiya sülhməramlıları həyati əhəmiyyətli və sosial infrastruktur obyektləri qorumaq üçün missiyaları yerinə yetirəcəkləri ərazilərə yürüş ediblər.

Rusiya Müdafiə Nazirliyi tərəfindən yaradılan 70-dən çox İl-76 və beş An-124 təyyarəsindən ibarət hava qrupu KTMT sülhməramlı qüvvələrinin Rusiya kontingentinin bölmələrini sutka boyu Qazaxıstana köçürür.