Qazaxıstanda ölənlərin sayı açıqlandı - YENİLƏNİB

 20:05 09.01.2022     839

Qazaxıstanda iğtişaşlar nəticəsində ölkənin müxtəlif bölgələrində 2265 nəfər tibbi yardım üçün müraciət edib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin “Xəbər-24” telekanalı xəbər verir.

Müraciət edənlər ən çox Almatı şəhərində olub - 1100 nəfər. Alma-Ata vilayətində 300-ə yaxın, Jambil və Qızılorda vilayətlərində isə 200 nəfər tibbi yardım istəyib.

Telekanalı xəbər verir ki, 719 xəstə stasionar şəraitdə müalicə alır.

***

Qazaxıstanda iğtişaşlar nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb.

Redaktor.az “Xabar 24” telekanalına istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iğtişaşların başlanmasından bəri Almatıda 103 nəfər, Qızıl Orda vilayətində 21 nəfər, Cambıl vilayətində 10 nəfər, Almatı vilayətində isə 8 nəfər həlak olub.

Qeyd olunub ki, iğtişaşlar zamanı tibbi yardım üçün 2265 nəfər müraciət edib, onlardan 1100-ə yaxını Almatının payına düşür. Həlak olanlar arasında 11 və 15 yaşlarında iki yeniyetmə və 4 yaşlı qız da var.