İranda mer qətlə yetirildi

 20:27 09.01.2022     890

İranın Xuzestan əyalətində mer güllənərək öldürülüb.

Redaktor.az xəbrə verir ki, hadisə Xuzestan əyalətinin İzə şəhərində baş verib.

Belə ki, Dehdəz şəhər merinə İzə şəhərində silahlı hücum olunub. Mer ağır yaralanıb, xəstəxanaya çatdırıldıqdan sonra əməliyyata alınıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb və çox qan itirdiyi üçün ölüb.