Kabildə partlayışlar ara vermir

 22:18 09.01.2022     817

Əfqanıstanın paytaxtı Kabil şəhərinin qərb hissəsində bir neçə partlayış baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Əfqanıstanın “Visa” nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, atışma səsləri Kabil Politexnik Universitetinin ərazisində də eşidilir. Hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb.

Ölkədə hakimiyyəti ələ keçirmiş radikal Taliban hərəkatının nümayəndələri də insidentlə bağlı şərh verməyiblər.