Tokayevdən yeni təyinatlar

 22:44 09.01.2022     1281

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Milli Təhlükəsizlik Komitəsi (MTK) sədrinin iki müavinini vəzifəsindən azad edib.

Redaktor.az xəbər verir ki, bu barədə Tokayev sərəncamlar imzalayıb.

Sərəncama əsasən, MTK sədrinin müavinləri Marat Osipov və Daulet Yerqojin vəzifələrindən çıxarılıblar.

Onların yerinə Kosjanov Bakıtbek Jamalbekoviç və Amerxanov Askar Baymerdenoviç təyinat alıblar.