Zəlzələ nəticəsində Böyük Çin səddi dağıldı

Çinin Tsinxay əyalətində baş verən 6,9 bal gücündə zəlzələdən sonra Böyük Çin Səddinin bir hissəsi dağılıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Global Times” qəzeti məlumat yayıb .
Divarın şimal-qərbindəki Qansu əyalətinin Şandan qraflığında yerləşdiyi və episentrdən 114 kilometr aralıda olduğu qeyd edilir. Səlahiyyətlilər çatı mədəniyyət obyektlərini ziyarət edərkən aşkar ediblər. Hadisə yerində dayaqlar quraşdırılıb və təmir-bərpa işlərinə başlanılıb.
Qeyd edək ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin verdiyi məlumata görə, Çində 6.3 bal gücündə zəlzələ baş verib. Eyni zamanda ölkənin yerli ekspertlər bildirib ki, zəlzələnin maqnitudası 6.9 bal təşkil edib. Hadisə nəticəsində 9 nəfər xəsarət alıb.
Nuranə Tofiqli