Qazaxıstanda general İNTİHAR ETDİ

 10:59 10.01.2022     786

Qazaxıstanda Jambıl vilayətinin polis idarəsinin rəisi general Janat Suleymenov intihar edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Hadisənin digər təfərrüatları açıqlanmayıb.

Məlumata görə, ölkəni bürümüş iğtişaşlar fonunda generala qarşı cinayət işi açılıb, o, tribunalla hədələnib.

Təhlükəsizlik əməkdaşının Tarazda baş verən iğtişaşlar zamanı hərəkətsizlikdə ittiham olunduqdan sonra intihar etdiyi deyilib.

Qeyd edək ki, bir neçə gün əvvəl 59 yaşlı Süleymenov rayona komendant təyin edilib.

Nuranə Tofiqli