ÜST-dən yunan alimlərin yeni mutasiya iddiasına CAVAB

 12:03 10.01.2022     673

Dünyanın "Omikron"a qarşı mübarizəsi tam sürətlə davam edərkən, Cənubi Kiprdən yeni mutasiya iddiası ortaya atılıb.

Redaktor.az-ın "CNN"ə istinadla məlumatına görə, yunan alimlər bildirib ki, "Omikron" və "Delta"nı birləşdirən "Deltacron" mutasiyasını kəşf ediblər.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Dr. Krutika Kuppalli sözügedən müzakirələrlə bağlı açıqlama verib.

O, bu iddiaların əsassız olduğunu və dünyada peyvəndin yayılması üçün çalışmağın vacibliyini vurğulayıb.

Sübhan Şərif