Qırğızıstan Qazaxıstana daha bir nota verdi

 16:18 10.01.2022     387

Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) iğtişaşlarda iştirak etməkdə şübhəli bilinən Qırğızıstan vətəndaşlarının saxlanması ilə bağlı Qazaxıstana nota göndərib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan XİN yayıb.

“Həmin vətəndaşların saxlanması ilə bağlı Qazaxıstan tərəfinə nazirlikdən nota göndərilib”, - mətbuat xidmətinin sözçüsü bildirib.

Həmçinin, Çimkənddə 38 Qırğızıstan vətəndaşının saxlanılması barədə məlumat verilib və onların hamısının yoxlama tədbirləri aparıldıqdan sonra sərbəst buraxıldığı qeyd edilib.

Xatırladaq ki, dünən Qırğızıstan hakimiyyəti Bişkekdəki Qazaxıstan səfirliyinə məşhur qırğız musiqiçi Vikram Ruzaxunovun bu ölkənin hakimiyyət orqanları tərəfindən saxlanması ilə bağlı etiraz notası göndərib.

Vumart və Güvən reklamı Vumart Güvən