Danimarkanın hərbi kəşfiyyat rəisi HƏBS OLUNDU - FOTO

 16:56 10.01.2022     236

Danimarka Hərbi Kəşfiyyat İdarəsinin rəisi Lars Findsen həbs edilib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin yerli televiziya kanalları məlumat yayıb.

Məlumata görə, kəşfiyyat orqanının işinin keyfiyyəti ilə bağlı yoxlamalar kimliyi açıqlanmayan şəxslərin şikayətindən sonra başlayıb.

Hərbi kəşfiyyatın Danimarka qanunlarını pozan, o cümlədən qanunsuz olaraq ölkə vətəndaşları haqqında məlumatların alınması və ötürülməsi ilə bağlı fəaliyyətlər həyata keçirdiyi məlum olub.

Hərbi kəşfiyyat məlumatları gizlətməkdə, hətta sübutlar mövcud olduqda belə Müdafiə Nazirliyi daxilində casusluq əlamətlərini müəyyən etmək üçün tədbirlər görməməkdə, potensial qeyri-qanuni fəaliyyətləri gizlətməkdə, habelə Danimarka vətəndaşları haqqında kifayət qədər məlumat toplamaqda və ötürməkdə ittiham olunur.

Nuranə Tofiqli 

2