"Omikron" 3 gün ərzində simptomlarını göstərir

 02:33 11.01.2022     376

“Omikron”un inkubasiya müddəti indiki məlumatlarımızdan daha qısadır. Uhan variantında bu müddət 5 gün olduğu halda, “delta” variantında 4 gün, “omikron”da isə 3 gün kimi görünür.

Redaktor.az xəbər verir ki, bunu Qazi Universiteti Tibb fakültəsinin dekanı, professor Mustafa Necmi İlhan deyib.

O bildirib ki, “omikron” digər variantlara nisbətdə daha geniş yayılır və insanlar daha tez xəstələnir:

“Çox qısa müddətdə xəstəliyə səbəb olur. Vətəndaşlar düşünməsinlər ki, “təmasım oldu, amma üzərindən 5 gün keçib və xəstə olmaya bilərəm”. Çünki “omikron” variantı indi adi görünür. Lakin “delta” variantı artıq bütün dünyada mövcuddur. Ona görə də qorunmaq və peyvənd olunmaq lazımdır”.

Vumart və Güvən reklamı Vumart Güvən