Dünyanın ən hündür opera binası - FOTO

Dünyanın ən hündür opera binası İspaniyanın Valensiya şəhərində yerləşir.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, memar Santyaqo Kalatravanın layihəsi ilə Turiya çayının qurudulmuş dibində tikilən opera evi "İncəsənət və Elmlər Şəhəri" memarlıq ansamblının bir hissəsidir. Sarayın forması insanlarda müxtəlif assosiasiyalar oyadır.
Üç ton ağırlığında olan və cəmi iki dayaqla bərkidilən futuristik saray biotexnoloji üslubda tikilib. On ilə inşa edilən 17 mərtəbəli teatr binası 1,5 min tamaşaçı üçün nəzərdə tutulub.
