Tokayev Şarl Mişelə hesabat verdi

 18:04 10.01.2022     102

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında videokonfrans formatında görüş keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Tokayev öz rəsmi tviter hesabında paylaşıb.

Onun sözlərinə görə, Şarl Mişel ilə məhsuldar görüş keçirib və onu Qazaxıstandakı vəziyyətlə bağlı məlumatlandırıb.

“Dövlətçiliyimizə qarşı misli görünməmiş təcavüz, hücum aktı ilə üzləşdik və konstitusiya quruluşunun və qanunun aliliyinin bərpası üçün təxirəsalınmaz tədbirlər gördük. Biz heç vaxt dinc etirazçılara qarşı gücdən istifadə etməmişik və etməyəcəyik. Bu cür iddialar yalandır”, - deyə Tokayev söyləyib.

O həmçinin vurğulayıb ki, Qazaxıstan Aİ ilə tərəfdaşlığını gücləndirməyə davam edəcək.