Avropa Parlamentinin sədri xəstəxanaya yerləşdirildi

 19:53 10.01.2022     248

Avropa Parlamentinin sədri David Sassoli İtaliyada xəstəxanaya yerləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Sassolinin mətbuat katibi Roberto Kuillo məlumat yayıb. O bildirib ki, siyasətçi immunitet sisteminin disfunksiyası nəticəsində yaranan fəsadlar səbəbindən xəstəxanaya yerləşdirilib.

“Sassoli dekabrın 26-da İtaliyadakı tibb müəssisələrindən birinə yerləşdirilib. Bununla əlaqədar olaraq, Avropa Parlamenti sədrinin istənilən rəsmi fəaliyyətinə xitam verilib”,- deyə Kuillo qeyd edib.