Türk aviaşirkətinə İstanbul-İrəvan reysləri üzrə uçuşa icazə verildi

Ermənistanın Mülki Aviasiya Komitəsi Türkiyənin “Pegasus Airlines” aviaşirkətinə İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşların həyata keçirilməsi üçün icazə verib.
Redaktor.az-ın xəbərinə görə, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bundan əvvəl Ermənistanın “Flyone” şirkəti də analoji icazə alıb.