Rusiya Duması Donbassın tanınmasını müzakirə edəcək

 22:29 10.01.2022     93

Rusiya Federasiyası Kommunist Partiyası qondarma “Donetsk və Luqansk Xalq Respublikalarının” (DXR və LXR) tanınması ilə bağlı Dövlat Dumasına təqdim olunması üçün qərar layihəsi hazırlayıb.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Kazbek Taisayev bildirib. 

O, bu qətnaməyə baxılacağına əmin olduğunu söyləyib. Taisayevin sözlərinə görə, Minsk razılaşmalarının alternativi yoxdur:

“Ancaq Kiyev çalışır ki, bu proses həyata keçməsin. Onlar bilərəkdən bunu gecikdirirlər, çünki onlara qurbanlar lazımdır, müharibə lazımdır. Çünki bu, xaricdən gələn sifarişdir. Biz bunu çox gözəl başa düşürük”.