İsveç baş nazirinin evində ŞOK ƏMƏLİYYAT

 23:27 10.01.2022     85

İsveç Baş naziri Maqdalena Anderssonun evində yaşayış icazəsi olmayan və qeyri-qanuni işləyən 25 yaşlı miqrant qadının saxlandığı üzə çıxıb.

Redaktor.az xəbər verir ki, polis ötən ayın 21-də məsələ ilə əlaqədar məlumat əldə etdikdən sonra baş nazirin paytaxt Stokholmdakı evinə basqın etdi.

Məlumata görə, qadın 2020-ci ilin martında İsveçdən sığınacaq müraciəti qəbul edilmədikdən sonra ölkədə qeyri-qanuni yaşamağa başlayıb. 2020-ci ilin sentyabr ayında mağazada oğurluq etdiyinə görə məhkum olunan qadın o vaxtdan polis tərəfindən axtarılır.

Hadisədən sonra qadını xidmətə götürdüyü təmizlik şirkətinə çox sərt reaksiya verən Baş nazir Andersson aldadıldığını deyərək, sözügedən şirkətlə bütün əlaqələrini kəsdiyini açıqlayıb.

Olay siyasət və ictimaiyyət nümayəndələrinin sərt təpkisinə səbəb olub.