Trampı ölümlə hədələyən şəxs saxlanıldı

 07:02 11.01.2022     714

ABŞ-ın hüquq-mühafizə orqanları eks-prezident Donald Trampı dəfələrlə hədələyən Nyu-York sakinini həbs edib.

Redaktor.az xəbər verir ki, bu barədə “New York Daily News” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, 72 yaşlı kişi 2020-ci ilin yayında dindirilmə zamanı Donald Trampın seçkidə məğlub olduğu halda vəzifədən getməyəcəyi təqdirdə ölümlə hədələyib.

Bu günlərdə isə o, təkrarən təhlükəsizlik xidmətinə mesaj yollayaraq odlu silah əldə etdiyini və keçmiş prezidentlə yanaşı daha 12 konqresmeni öldürəcəyini bildirib. Bu mesajdan sonra, 72 yaşlı kişi həbs olunub.

Vumart və Güvən reklamı Vumart Güvən