Qazaxıstana yeni Baş nazir TƏYİN OLUNDU

Əlixan Smailov ölkədəki iğtişaşlardan sonra Qazaxıstanın yeni baş naziri olub.
Redaktor.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, o, vəzifəsindən uzaqlaşdırılan Əsgər Məmini əvəzləyib. Qazaxıstan parlamenti Əlixan Smailovu ölkənin Baş naziri vəzifəsinə təsdiqləyib.
Yanvarın 11-də Milli Məclisin deputatları dövlət başçısının təklif etdiyi Smailovun namizədliyinə yekdilliklə səs veriblər. Milli Məclisin iclasında 107 deputatdan 89-u iştirak edib. Hər üç fraksiya Smailovun namizədliyini dəstəkləyib. Məclis üzvlərinin yekdil qərarı ilə Əlixan Smayılov ölkənin yeni baş naziri təyin edilib.
Nuranə Tofiqli