Türkiyədən ABŞ şirkətinə QADAĞA

Türkiyə Amerika şirkətinin tenderdə iştirakına qadağa qoyub.
Redaktor.az "Independent Türkiye"ə istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi ABŞ-ın Orlando şəhərində yerləşən və hərbi məhsul hissələrinin təminatı ilə məşğul olan "ZDT Hightech Solutions Inc" şirkətinə dövlət tenderlərində iştirak etməyi qadağan edib.
Qeyd edək ki, qadağanın dövlət satınalmaları haqqında qanun və dövlət satınalma müqavilələri çərçivəsində edildiyi bildirilib.
Sübhan Şərif