Paşinyan Qazaxıstana qoşun göndərdiyi üçün təhqir edildi: "Mənəviyyatsızlıqdır"

 11:06 12.01.2022     727

"Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyəti öz prinsipsizliyini və dəyərsizliyini bir daha göstərdi".

Redaktor.az xəbər verir ki, bunu “pasdinfo.am”a Ermənistan parlamentinin İqtisadi məsələlər daimi komissiyasının sədri, Hayastan fraksiyasının üzvü Vahe Akobyan deyib.

O hesab edir ki, hakimiyyətə küçədən gələn, 1 martda (söhbət 2008-ci ildən gedir) insanları küçələrə çağıran, qan axıdılmasının səbəbkarlarından biri olan insanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurasının sədri kimi Qazaxıstana qoşun yeridilməsi ilə bağlı qərar imzalaması mənəviyyatsızlıqsan başqa bir şey deyildi.

“Ən dəhşətlisi isə odur ki, Paşinyan xalqa heç bir izahat vermədən, əməllərini əsaslandırmadan, verdiyi qərarı şərh etmədən bunu edir. Paşinyan başqa ölkəyə qoşun yeritmək üçün Milli Şuranın növbədənkənar iclasını belə çağırmayıb, halbuki, xatırlatmaq istəyirəm, Ermənistan parlament ölkəsidir”, - deyə Vahe Akobyan bildirib.

T.İSMAYIL