Qazaxıstanda iğtişaşlara görə 388 cinayət işi açıldı

Qazaxıstanda kütləvi iğtişaşlar zamanı qətllər, dövlət məmurlarına qarşı zor tətbiq etmə, xuliqanlıq, dövlət binalarına basqın etmə faktları üzrə 388 cinayət işi başlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sutka ərzində 11 yaşayış məntəqəsində keçirilən nəzarət-buraxılış məntəqələrində hərbçilər tərəfindən 38 nəfər saxlanılıb, onlardan 23 nəfərdə atıcı və kəsici-deşici silahlar aşkar edilib. Fövqəladə vəziyyət rejiminin pozulmasına görə 2161 nəfər inzibati məsuliyyətə cəlb edilib.
Xatırladaq ki, Qazaxıstanda keçirilən genişmiqyaslı mitinqlər fonunda hökumət istefa verib. Sonradan bütün ölkədə fövqəladə rejim tətbiq edilib, lakin etirazlar talanlarla iğtişaşlara çevrilməkdə davam edib.
Nuranə Tofiqli