“Delta” və “Omikron” hibridləri laboratoriya xətası nəticəsində yarana bilər” - ÜST eksperti

 14:30 11.01.2022     117

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Maria van Kerkhove, “Delta” və “Omikron” koronavirus ştammlarının iddia edilən hibridinin laboratoriya səhvi nəticəsində yarana biləcəyini elan edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, özünün “Twitter” hesabında məlumat verib.

“Deltakron ştammının sekvensiya zamanı çirklənmə nəticəsində əmələ gəlməsi ehtimalı yüksəkdir”, - deyə o, bildirib.

Mütəxəssis həmçinin müxtəlif virusların eyni vaxtda dövranını ifadə etmək üçün “Deltakron”, “Flurona” və ya “Flurone” kimi terminlərdən istifadə etməməyi xahiş edib. Onun sözlərinə görə, bu ifadələr virusların və ya ştammların birləşməsini göstərir, halbuki bu baş vermir.